Millinin baş məşqçisi istefaya göndərildi
22 Aprel 2013 Bazar Ertəsi 17:15
Zamin Əsədullayevlə müqaviləyə vaxtından əvvəl xitam verilib.
Milli komandanın baş məşqçisi işdən çıxarıldı. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə görə, işdə yol verdiyi ciddi nöqsanlara görə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Zamin Əsədullayevlə müqaviləyə vaxtından əvvəl xitam verilib.
Komandaya rəhbərlik müvəqqəti olaraq Siyasət Əsgərova həvalə olunub.
DOSTLARINLA PAYLAŞ: