Millinin 16 yaşlıları "Neftçi"ni məğlub etdi
14 Avqust 2010 Şənbə 20:30
U-16 ilə “Neftçi” klubunun 17 yaşlıları qarşılaşıb.
Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə “Neftçi” klubunun nəzdindəki U-17 komandası arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Namiq Ələsgərov, Vəkil Talıbov, Elvin Camalov və Əziz Qasımov vurublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar