Millimizin üzvü Rəşad Sadiqov ata oldu
16 İyul 2010 Cümə 10:20
Rəşad Sadiqov şad xəbəri ölkə xaricində alıb.
"Qarabağ"la Avropa Liqasının II təsnifat mərhələsində iştirak etmək üçün Şimali İrlandiyaya yollanan Rəşad Sadiqov ata olub.

Milli komandamızın üzvünün ilk övladı dünyaya gəlib. Xəbəri ölkədən kənarda alan Sadiqovu komanda yoldaşları və baş məşqçi Qurban Qurbanov təbrik edib.

Xatırladaq ki, Rəşad Sadiqov yığma komandamızın heyətində 47 oyunda meydana çıxıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar