Millimizin üzvü Araz Abdullayev Super Liqada debüt etdi
03 Yanvar 2012 Çərşənbə Axşamı 22:04
“Panionis” klubuna icarəyə verilən Araz Abdullayev ilk rəsmi oyununa çıxıb.
Araz Abdullayev Yunanıstan Super Liqasında debüt edib. ANS PRESS-in fanat.az portalına istinadən verdiyi məlumata görə, yenicə “Panionis” klubuna icarəyə verilən millimizin üzvü ilk rəsmi oyununa çıxıb.

Arazın komandası Super Liqanın XV turunda “Asteras”ı qəbul edib. Araz meydana 62-ci dəqiqədə çıxıb. Deyan Milovanoviçi əvəzləyən futbolçumuz matçın son 28 dəqiqəni meydanda olub.

Oyuna gəlincə, “Panionis” 2:0 hesablı qələbə qazanıb. Hesabı 42-ci dəqiqədə Dimitris Kolovos açıb. 77-ci dəqiqədə isə Fanouris Qundulakis matçın yekun nəticəsini müəyyənləşdirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar