Millimizin üzvləri Brüsseldə məşqə çıxıb
28 Mart 2011 Bazar Ertəsi 11:18
Komandamız Belçika ilə oyunun hazırlıqlarını yekunlaşdırıb
Sabah Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvləri artıq Brüssel şəhərindədir.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, millimiz Brüsseldəki “Dolce Hotels and Resorts” mehmanxanasında məskunlaşıb. Komandamız oyunun keçiriləcəyi Rua Boduen stadionunda məşq edib.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə 23:45-də start götürəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar