Millimizin rəqibləri müəyyənləşdi
09 Sentyabr 2011 Cümə 15:30
Futzal yığmamız Serbiya və Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək
Bu gün Xorvatiyanın Zaqreb şəhərində futzal üzrə Avropa çempionatı 2012-nin püşkatma mərasimi keçirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, püşkün nəticəsinə əsasən, millimiz AÇ-nin final mərhələsində D qrupunda Portuqaliya və Serbiya yığmaları ilə mübarizə aparacaq.

Bütün qrupların tərkibini diqqətinizə çatdırırıq:

A qrupu
Xorvatiya
Çexiya
Rumıniya

B qrupu
İspaniya
Ukrayna
Sloveniya

C qrupu
İtaliya
Rusiya
Türkiyə

D qrupu
Portuqaliya
Serbiya
Azərbaycan





DOSTLARINLA PAYLAŞ:

oyunlar