Millimizin rəqibi məlum olub
21 Dekabr 2010 Çərşənbə Axşamı 19:40
Milli komandamız Dubayda Macarıstanla yoldaşlıq oyunu keçirəcək
Azərbaycan milli komandasının yoldaşlıq oyunu keçirəcəyi növbəti rəqib müəyyənləşib. Yığmamız növbəti sınaq matçını Macarıstana qarşı keçirəcək. Bu barədə məlumat verən AFFA-nan baş katibi Elxan Məmmədov bildirib ki, oyun yığmanın Dubay toplanışı zamanı baş tutacaq. Qarşılaşma fevralın 9-da keçiriləcək.

Məmmədov hazırda Danimarka yığması ilə də yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı danışıq apardıqlarını bildirib. Onun sözlərinə görə, ilkin razılıq əldə olunsa da, görüşün keçirilməsi ilə bağlı yekun qərar hələ məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar