Millimizin rəqibi almanlarla üz-üzə gələcək
25 Dekabr 2011 Bazar 19:57
İsrail yığmasının 2012-ci ildə keçirəcəyi yoldaşlıq oyunlarının siyahısı məlum olub.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının 2012-ci ildəki yoldaşlıq oyunlarının siyahısı məlum olub. Rəqibimiz fevralın 9-da Ukrayna yığması ilə görüşdükdən sonra daha 2 matça çıxacaq. İsraillilər iyunda Almaniya, avqustda isə Macarıstanla görüşəcək.

Bundan başqa rəqibimizin məşqçilərindən birinin adı məlum olub. Belə ki, baş məşqçi postuna təyinatının yalnız rəsmiləşməsi qalan Eli Qutman köməkçisini müəyyənləşdirib. Bu, yerli mütəxəssis Nir Klingerdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar