Millimizin qələbəsi fotolarda
07 Sentyabr 2011 Çərşənbə 01:54
Komandamız seçmə mərhələsində qazandığı xalların sayını 7-yə çatdırıb
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi Qazaxıstan yığmasını qəbul edib. Qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Hesabı 20-ci dəqiqədə Qazaxıstan yığması açıb. Sergey Ostapenko fərqlənib. Millimiz bərabərlik qolunu 53-cü dəqiqədə vurub. Mahir Şükürovun ötürməsindən sonra Rauf Əliyev dəqiq baş zərbəsi ilə hesabda tarazlıq yaradıb. 62-ci dəqiqədə Mahir Şükürov penalti zərbəsini dəqiq yerinə yetirməklə millimizi hesabda önə çıxarıb. Bundan 6 dəqiqə sonra Vaqif Cavadov komandamızın oyundakı 3-cü qoluna imza atıb. Qarşılaşmada vurulan son qolun müəllifi Vitali Yevstiqneyev olub.

Beləliklə, millimiz Qazaxıstan yığmasına 3:2 hesabı ilə qalib gələrək Avro-2012-nin seçmə mərhələsində qazandığı xalların sayını 7-yə çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar