Millimizin qapıçısı Kamran Ağayevazarkeşlərdən üzr istədi
30 Mart 2011 Çərşənbə 02:45
Kamran Ağayev: “Əgər bizdən yaxşı kimsə varsa, qoy, milliyə onları çağırsınlar”.
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Belçika yığması qarşısındakı məğlubiyyətə münasibət bildirib. O, Brüsseldə keçirilən mətbuat konfransında bunları deyib: “Biz Bakıda belçikalılara qalib gələcək. İndi isə azarkeşlərə üzrxahlıq etmək istəyirəm. Biz bacardığımızı etdik. Əgər bizdən yaxşı kimsə varsa, qoy, milliyə onları çağırsınlar. Brüsseldə qalib gəlmək istəyirdik. Lakin rəqib daha güclü idi”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar