Millimizin heyəti müəyyənləşib
05 Avqust 2011 Cümə 23:26
Parisdə keçiriləcək cüdo üzrə Dünya Çempionatına 10 idmançımız yollanacaq.
Azərbaycanın cüdo üzrə yığma komandasının avqustun 23-də Parisdə start götürəcək Dünya Çempionatına gedəcək heyəti müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, komandanın heyətinə İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər iksi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), habelə Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) daxil olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: