Millimizin gənc futbolçusu əməliyyat olunub
11 Fevral 2011 Cümə 19:25
Amit Quluzadə yığma komandanın düşərgəsindən birbaşa Almaniyaya yollanıb
"Neftçi"nin gənc futbolçusu Amit Quluzadə cərrahiyə əməliyyatı olunub. "Fənərbaxça"ya keçidi baş tutmayan Amit yığma komandamızın düşərgəsindən birbaşa Almaniyaya yollanıb.
Əməliyyatı uğurla başa çatan Amit Quluzadə 2 gün sonra Bakıya dönəcək. Həkimlərin rəyindən sonra Quluzadə bərpa prosesi keçəcək. Bunun ardınca isə fərdi məşqlərə başlaya biləcək.
DOSTLARINLA PAYLAŞ: