Azərbaycanın qadınlardan ibarət Tekvando milli komandasına yeni baş məşqçi təyin olunub. Taekvando Federasiyasının meneceri Nağı Səfərovun ANSPRESS-ə verdiyi məlumata görə, karyerasını başa vuran Dünya çempionu Niyaməddin Paşayev qadınlardan ibarət milli komandanın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Niyaməddin Paşayev 2001-ci ildə Koreyada keçirilən Dünya çempionatının və 2004-cü ildə Norveçdə keçirilən Avropa çempionatının qalibidir. Taekvondo üzrə əməkdar idman ustası olan Niyaməddin Paşayev eyni zamanda gömrük xidməti kapitanıdır. /ANS PRESS/