Millimiz yenə uduzdu
01 Noyabr 2011 Çərşənbə Axşamı 23:14
U-16 Kaunasda Litva yığmasına minimal hesabla məğlub olub.
Litvanın Kaunas şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Millimiz iki gün ərzində ardıcıl iki dəfə litvalı həmyaşıdları ilə qarşılaşıb.

Oyun yenə yığmamızın məğlubiyyəti ilə başa çatıb. Litva millisi dünən olduğu kimi bu gün də 1:0 hesablı qələbə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar