Millimiz yenə uduzdu
27 Oktyabr 2010 Çərşənbə 23:20
U-17 Çernoqoriya yığmasına məğlub olub.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Adil Şükürovun yetirmələri Avropa çempionatının seçmə mərhələsinin Portuqaliyadakı qrup oyunlarında sonuncu qarşılaşmasında Çernoqoriya ilə üz-üzə gəlib.

Növbəti mərhələyə çıxmaq şansını itirən millimiz üçün formal xarakter daşıyan qarşılaşma yalnız qrup sonuncusu olmamaq baxımından əhəmiyyətli idi. Bununla belə, komandamız yenə uduzub.

Çernoqoriya – Azərbaycan - 2:1
Poçek, 71; Kosoviç, 72 - Ələsgərov, 67
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar