Millimiz Uelsi məğlub edib
20 Aprel 2010 Çərşənbə Axşamı 21:30
Otüstü hokkey komandamız Yaponiya millisi ilə qarşılaşacaq.
Bu gün otüstü hokkey üzrə Azərbaycan qadın yığması Kazanda keçirilən dünya çempionatının təsnifat yarışlarında növbəti görüşünü keçirib.

Millimiz Uels komandası ilə qarşılaşmadan qalib ayrılıb. Oyunun 48-ci dəqiqəsində Marina Əliyevanın qolu komandamzın qələbə qolu olub.

Yığma komandamız növbəti oyununu aprelin 22-də Yaponiya millisinə qarşı keçirəcək. Qeyd edək ki, otüstü hokkey üzrə Dünya çempionatı bu il avqustun 30-dan sentyabrın 12-dək Argentinanın Rossariyo şəhərində keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar