Millimiz UEFA reytinqində 21-cidir
17 Yanvar 2012 Çərşənbə Axşamı 13:41
Futbol qurumu fair-play reytinq siyahısını açıqlayıb.
Azərbaycan UEFA-nın fair-play reytinqində 21-ci pillədədir. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Liqasında iştirak üçün üç əlavə vəsiqə verən reytinq siyahısının ilk üç pilləsində Norveç, Finlandiya və Niderland qərarlaşıb.

Ölkəmizin aktivində 7,906 xal var ki, bu da İtaliya, Rusiya, Polşa, Türkiyə, Ukrayna, Bolqarıstan, Yunanısta, İsrail və başqa ölkə çempionatlarını qabaqlamağa imkan verir.

Qeyd edək ki, reytinq siyahısına komandaları 2011-ci ilin mayın 1-dən dekabrın 31-dək ən azı 30 oyun keçirən ölkələrin milli assosiayaları daxil edilib. Milli çempionatlarda və komanda səviyyəsində oyunda rəqibə və hakimlərə hörmətlə yanaşma, həmçinin azarkeşlərin davranışı və ədalətli oyun prinsipləri ölkələrə reytinq siyahısında xallar qazandırır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar