Millimiz Türkiyə ilə qarşılaşdı
16 Mart 2012 Cümə 10:13
Futzal komandalarının görüşü sülhlə nəticələnib.
İstanbul şəhərində futzal üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Millimizin heyətində Vitali Borisov, Seymur Məmmədov və Rikardo Fiqueroa Silva fərqlənib. Komandalar arasında növbəti yoldaşlıq oyunu bu gün Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: