Millimiz son dəqiqədə penalti qaçıraraq məğlub oldu
12 Mart 2011 Şənbə 17:11
17 yaşadək futbolçularımız Türkiyədə beynəlxalq turnirdə IV yeri tutub.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirdə IV yeri tutub.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, üçüncü yer uğrunda oyunda Türkiyəni təmsil edən Şərq region yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub. Oyunun sonuncu dəqiqəsində Orxan Əliyev penalti zərbəsindən yararlana bilməyib.

Xatırladaq ki, komandamız Türkiyənin İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirin qrup mərhələsi çərçivəsində Avropa region yığmasını 3:2 hesabı ilə məğlub etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar