Millimiz səfərə çıxır
07 Aprel 2010 Çərşənbə 16:55
Qadın futbolçularımız Göyçaya yollanır.
Futbolçu qadınlardan ibarət Azərbaycan yığma komandası təlim-məşq toplanışına qatılır. AFFA-dan verilən məlumata görə, komandamız aprelin 13-dən 19-dək Göyçay Olimpiya İdman Kompleksində hazırlıq prosesi keçəcək.

Toplanışa dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Alməmmədova Aynur, Larionova Yuliya, Bayramova Tamilla, Cəfərova Mətanət, Əsədova Könül, Mirzəquliyeva Pərvanə, Süleymanova Tünzalə, Süleymanova Gülnarə, Güvəndiyeva Gülyana, Məmmədova Nərminə, Paşayeva Nərgiz, Nuriyeva Sevda, Temirova Anjela, Məlikova Nigar, Əsgərzadə Aybəniz, Mütəllimova Günel, Vəliyeva Sədaqət, Süleymanzadə Təhminə və Əzizzadə Xəyalə. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar