Millimiz Rusiyaya təlim-məşq toplanışına yollanır
14 Aprel 2009 Çərşənbə Axşamı 14:21
Yüngün atletika üzrə milli komandamız aprelin 15-dən mayın 2-dək Rusiyanın Adler şəhərində təlim-məşq toplanışı keçirəcək

Yüngül atletika üzrə Azərbaycan milli komandası Rusiyada təlim-məşq toplantısı keçirəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 15-dən mayın 2-dək Rusiyanın Adler şəhərində keçiriləcək toplantıda 5 atlet iştirak edəcək. Baş məşqçi Məhərrəm Sultanzadənin başçılığı altında səfərə yollanacaq atletlər, Valentin Buluçer, Pavel Setin, Teymur Abbasov, Ənvər Zeynalzadə və Murad İbadullayevdir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar