Millimiz reytinqdə irəlilədi
03 Mart 2010 Çərşənbə 14:20
FİFA-nın siyahısında komandamız 109-cu pilləyə yüksəlib
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə millimiz 5 pillə irəliləyərək 251 xalla 109-cu pillədə qərarlaşıb.

Dünyanın ən güclü yığması isə İspaniyadır. Braziliya 2-ci, Niderland kollektivi isə 3-cü pillədə qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq İtaliya, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, Argentina və Yunanıstan komandaları tuturlar.

Rusiya yığması reytinq siyahısında 12-ci, Türkiyə 41-ci, Ermənistan komandası isə 103-cü pillədə yer alır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar