Millimiz rəqibini darmadağın etdi - 7:0
30 May 2013 Cümə Axşamı 02:08
Bakıda III Caspian Cup beynəlxalq turnirinə start verilib.
Bu gün Bakıda III Caspian Cup beynəlxalq turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə baş tutan ənənəvi yarışda bu dəfə 12 komanda mübarizə aparır.
17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən turnirin ilk oyun günündə hər qrupda 1 matç baş tutub. İlk dəfə bu formatda keçirilən yarışın 1-ci günündə 4 komanda istirahət edib.
A qrupunda çıxış edən Azərbaycan millisi ilk turda Qırğızıstanla qarşılaşıb. Görüşdə yığmamız rəqibini darmadağın edib. Matç 7:0 hesabı ilə başa çatıb.
Digər oyunlarda isə Uruqvay Tacikistan, Türkiyə İordaniya və Bolqarıstan Qazaxıstan üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, 2011-ci ildə Türkiyə, ötən il isə Gürcüstan yarışın qalibi adını qazanıb.
29 may
D qrupu
Uruqvay – Tacikistan 3:0
Santyaqo Peres, 3, 39; Santyaqo Ramires, 22
C qrupu
Türkiyə – İordaniya 4:0
Enes Ünal, 3, 25, 40+2, Emirhan Aydoğan, 4
B qrupu
Bolqarıstan – Qazaxıstan 13:0
Borhidar Krayev, 14, 17, 29, Aleksandar Georgiyev, 24, 45, Dinko Mitrov, 27, Angel Maksimov, 38, Georgi Kupenov, 50, Nikola Dimitrov, 51, 70, Samer Alhuseyn, 55, Yordan Georgiyev, 68, İvelin İlyev, 72
A qrupu
Azərbaycan – Qırğızıstan 7:0
Emil Həsənzadə, 13, 58, Elnur Cəfərov, 19, 79, Roman Hüseynov, 31, Fərid Kərimzadə, 70, Kama Benhur, 75
DOSTLARINLA PAYLAŞ: