Millimiz qələbə qazandı
25 Mart 2012 Bazar 16:21
U-17 “Neftçi”nin 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş kollektivi ilə qarşılaşıb.
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da “Neftçi” komandasının 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş kollektivi ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində Nicat Abbasov və Elvin Nəsibov fərqlənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar