Millimiz Qazaxıstanı məğlub etdi
27 Avqust 2011 Şənbə 19:22
U-17 futbol üzrə yığmamız Litvada keçirilən turnirdə V yeri tutub
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Litvanın Palanqa şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub. ANS PRESS-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız V yer uğrunda görüşdə qazaxıstanlı həmyaşıdları ilə qarşılaşıb.

Belə ki. Bu oyunda millimiz Qazaxıstan yığmasını 4:0 hesabı ilə məğlub edərək turnirdə V yeri tutub.

Qeyd edək ki, yığmamız bunadək turnirdə Belarusa 3:1 hesabı ilə qalib gəlib, Gürcüstana yığmasına 1:2 hesabı ilə uduzmuş, Latviya ilə isə heç heçə ediblər - 1:1


DOSTLARINLA PAYLAŞ:

oyunlar