Millimiz Qazaxıstanı məğlub etdi
27 Aprel 2011 Çərşənbə 22:27
Qarşılaşma U-17-nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində çıxış edən 17 yaşadək futboçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Yığmamızın rəqibi meydan sahibi Qazaxıstan olub. Oyun millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 2-ci dəqiqədə Ruslan Nəsirli açıb. 50-ci dəqiqədə Qurbanəli Əliyev fərqlənib. Meydan sahibləri 70-75-ci dəqiqələrdə iki qol vururaq hesabı bərabərləşdirsə də, Ruslan Nəsirli 80-ci dəqiqədə millimizə qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, millimiz dünən İranla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Bu gün Qazaxıstanı udan yığmamız 6 xalla qrup lideridir.
II tur
Qazaxıstan - Azərbaycan 2:3
Qollar: Rafael Əliyev, 70, Vladimir Vomenko, 75 - Ruslan Nəsirli, 2; 80, Qurbanəli Əliyev, 50.
DOSTLARINLA PAYLAŞ: