Millimiz Qazaxıstana qalib gəldi
25 Fevral 2011 Cümə 10:01
Futzalçılarımız AÇ-nin seçmə mərhələsinə inamlı qələbə ilə start verib
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin I qrupunda oyunlara start verilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandası ilk oyununda Qazaxıstan yığması ilə qarşılaşıb.

Görüş millimizin 6:3 hesablı qələbəsilə yekunlaşıb. Qarşılaşmadan sonra futzal üzrə yığma komandamızın baş məşqçisi Joze Alesio Da Silva oyun haqqında fikirlərini bildirib: “Vaxtilə Qazaxıstanda işlədiyimdən rəqibin güclü olduğunu bilirdim. Komanda gənc futzalçılardan qurulub. Doğma meydanda oynadığımızdan, üstünlük bizim tərəfimizdə idi. Qol buraxmağımız yaxşı olmadı. İspaniya yığması ilə oyunda bu amil əleyhimizə işləyə bilər”.

I qrupun digər matçında isə İspaniya millisi Fransa kollektivi ilə üz-üzə gəlib. Bu matç son Avropa çempionları olan İspaniya komandasının 4:0 hesablı qələbəsilə yekunlaşıb.

Seçmə mərhələnin növbəti oyunları bu gün keçiriləcək:

18:30. Qazaxıstan – İspaniya
21:00. Azərbaycan – Fransa


DOSTLARINLA PAYLAŞ:

oyunlar