Millimiz Qazaxıstan və Almaniya qarşısına bu heyətlə çıxacaq
30 May 2011 Bazar Ertəsi 11:41
Yığmaya daha çox "Qarabağ" klubundan futbolçu dəvət olunub
İyunun 3-də Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Astanada Qazaxıstan, iyunun 7-də isə Bakıda Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə görə, yığmaya ən çox futbolçu verən klub “Qarabağ” olub. Belə ki, klubun 7 oyunçusu 23 nəfərlik heyətə daxil edilib.

Sonrakı yerləri müvafiq olaraq “Neftçi” və “Xəzər Lənkəran” klubları tutur. Bu klubların hər biri yığmanın düşərgəsinə 4 futbolçu göndərib. “Qəbələ”nin heyətindən 3, “İnter”dən isə 2 futbolçu milliyə dəvət alıb. Ümumilikdə yığmanın heyəti bu futbolçulardan ibarətdir:

Fərhad Vəliyev – “Qarabağ”, Kamran Ağayev – “Xəzər Lənkəran”, Andriy Popoviç – “Abşeron”, Rəşad Sadıqov – “Qarabağ”, Rail Məlikov – “Neftçi”, Maksim Medvedev – “Qarabağ”, Vurğun Hüseynov – “Turan”, Saşa Yunisoğlu – “Qəbələ”, Ruslan Abışov – “Neftçi”, Rəşad Sadiqov – “Qarabağ”, Cavid Hüseynov – “Neftçi”, Əfran İsmayılov – “Qarabağ”, Arif İsayev – “Qəbələ”, Vüqar Nadirov – “Qarabağ”, Rauf Əliyev – “Qarabağ”, Vaqif Cavadov – “Bakı”, Murad Hüseynov – “Qəbələ”, Ruslan Əmircanov – “Neftçi”, Aleksandr Çertoqanov – “İnter”, Volodimir Levin – “İnter”, Elnur Allahverdiyev – “Xəzər Lənkəran”, Rahid Əmirquliyev – “Xəzər Lənkəran” və Elnur Abdullayev – “Xəzər Lənkəran”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar