Millimiz Podqoritsada büdrədi
17 Noyabr 2010 Çərşənbə 19:15
Berti Foqtsun yetirmələri Çernoqoriya yığması qarşısında acız qalıb.
Milli komandamız 2010-cu ildə son oyununu keçirib. Podqoritsa şəhərində Çernoqoriyanın qonağı olan komandamız meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Ötən oyunlara nisbətən daha zəif oyun sərgiləyən milli ilk yarıda qapısının toxunulmazlığını qorusa da, ikinci hissədə meydan sahiblərinin iki qoluna əngəl ola bilməyib.

Qeyd edək ki, hesabı 62-ci dəqiqədə Luka Peyoviç açıb. Onun uzaqdan möhtəşəm zərbəsinin qarşısını Kamran Ağayev ala bilməyib. 74-cü dəqiqədə isə 18 dəqiqə əvvəl meydana çıxmış Fatoş Beçiray müdafiəçilərimizin kobud səhvindən yararlanaraq, hesabı 2:0-a çatdırıb. Son dəqiqələrdə rəqib futbolçularımızın səhvindən yararlanıb daha iki qol vura bilərdi, amma komandamızın bu epizodlarda bəxti gətirib. Bununla da yığmamız 2010-cu ili məğlubiyyətlə başa vurub.

Çernoqoriya - Azərbaycan 2:0
Qol: Luka Peyoviç, 62. Fatoş Beçiray, 74. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar