Sərbəst güləş üzrə Azərbaycan yığması Dünya kubokunda bürünc mükafata sahib olub.
Bu gün Mahaçqalada Azərbaycanın sərbəst güləş üzrə yığmasının da iştirak etdiyi Dünya kuboku turnirinə yekun vurulur. Komandamız üçüncü yer uğrunda mübarizə aparıb.
Qeyd edək ki, güləşçilərimiz qrup mərhələsinə İrana məğlubiyyətlə başlasa da, sonrakı görüşlərdə Kuba, Gürcüstan və Macarıstanla Qazaxıstanın birləşmiş komandalarına qalib gəlib. Nəticədə qrupunda ikinci pilləni tutan komandamızın aqibəti yarışların ilk günündə tam aydınlaşmamış qalmışdı. Axı qrupumuzun digər komandalarından Kuba və İran münasibətlərinə məhz bu gün aydınlıq gətirirdi və məhz ondan sonra komandamızın neçənci yer uğrunda döyüşəcəyi bilinəcəkdi. İranın Kuba üzərindəki qələbəsindən sonra millimizin üçüncü yer uğrunda döyüşəcəyi dəqiqləşdi.
Komandamızın bürünc medallar uğrunda rəqibi isə öz qrupunda ikinciliyi təmin edən Özbəkistan oldu. Güləşçilərimiz rəqibi üzərində demək olar ki, asan qələbəyə sevindi. Nəticədə Azərbaycan turnirin bürünc medallarına sahib çıxdı.
Maraq üçün qeyd edək ki, turnirin qalibi adı uğrunda öz qruplarında lider olan Rusiya və İran yığmaları mübarizə aparır.
Аzərbaycan – Özbəkistan - 6:1
55 kq. Namiq Sövdümzadə - Dilşod Mansurov - 1:0, 2:0
60 kq. Zəlimxan Hüseynov - Bəhram Ermatov - 7:0, 4:1
66 kq. Emin Əzizov - İxtior Novruzov - 3:2, 1:1
74 kq. Aleksandr Qostiyev - Soslan Tiqiyev - 3:0, 1:1
84 kq. Novruz Təmrəzov – Subloncon Toşpularov - kürəyini yerə vurub
96 kq. Aslanbəy Alborov – Əmirxan Mirzəyev - 5:0, 1:0
120 kq. Əli İsayev – Qurban Qurbanov - 1:0, 0:1, 0:1
ANSPRESS