Millimiz 25000 manat pul mükafatı qazandı
19 İyul 2010 Bazar Ertəsi 23:25
Sərbəst güləşçilərimiz ABŞ yığmasını məğlub etdi.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri turnirində Yunan-Roma güləşçilərinin final qarşılaşmalarından öncə Azərbaycan və Amerika Birləşmiş Ştatlarının sərbəst güləş yığmalarının yoldaşlıq görüşü keçirilib. Mahmud Maqomedov, Cəbrayıl Həsənov, Çamsulvara Çamsulvarayev, Xetaq Qazümov və Toxtar Temrezovun qazandığı 5 qələbə müqabilində, amerikalılar yalnız 2 döyüşdə təmsilçilərimizi məğlub ediblər. Yekun nəticədə yoldaşlıq görüşündə 5-2 hesabı ilə qalib gələn millimiz 25000 manat pul mükafatına da sahib çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar