Millimiz Macarıstan yığması ilə qarşılaşacaq
09 Fevral 2011 Çərşənbə 01:50
Futbolçularımız Macarıstan yığması ilə dörd oyun keçirib və məğlub olub
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Əl Şabab” stadionunda Azərbaycan və Macarıstan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Oyunu Birləşmiş Ərəb Əmirliklərini təmisil edən hakimlər idarə edəcək: Baş hakim: Məhəmməd Əbd Əlkərim; baş hakimin köməkçiləri: Əhməd Əl Şəmsi, Sutan Saahu; dördüncü hakim: Həmid Əli Yusif.

Macarıstan millisinin baş məşqçisi Şandor Ecervari Azərbaycan millisi ilə qarşılaşma ərəfəsində yığmaya gənc oyunçuları çağırıb:

Qapıçılar: Marton Fülep (“İpsviç”, İngiltərə), Qabor Kiray (“1860 Münhen”, Almaniya), Adam Boqdan (“Bolton”, İngiltərə);

Müdafiəçilər: Pal Lazar (“Videoton”), Kristian Vermes (“Uypeşt”), Vilmoş Vantsak (“Syon”, İsveçrə), Roland Yuxas (“Anderlext”, Belçika), Jolt Laçko (“Sampdoriya”, İtaliya);

Yarımmüdafiəçilər: Vladimir Koman (“Sampdoriya”, İtaliya), Zoltan Gera (“Fulhem”, İngiltərə), Tamaş Haynal (“Ştutqart”, Almaniya), Akoş Elek (“Videoton”), Yojef Varqa (“Debretsen”), Balaj Cudcak (“PSV Eyndhoven”, Hollandiya), Piter Çvitkoviç (“Debreüen”), Kristian Vadots (“Osasuna”, İspaniya);

Hücumçular: Rudolf Gergey (“Bari”, İtaliya), Attila Tokoli (“Keçkemet”), Tamaş Prişkin (“İpsviç”, İngiltərə).

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsunisə Macarıstan yığmasının qarşısına bu futbolçuları çıxaracağı gözlənilir: Kamran Ağaev, Rəşad Sadıxov, Vurğun Hüseynnov, Elnur Allahverdiyev, Rail Məlikov, Ruslan Abışov, Mahir Şükürov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Vaqif Cavadov, Murad Hüseynov.

Millimizin Macarıstan yığması ilə indiyə qədər keçirdiyi oyunların nəticəsini diqqətinizə çatdırırıq:
10 noyabr 1996-cı il. Bakı. DÇ-nin seçmə mərhələsi. Azərbaycan - Macarıstan 0:3;
10 sentyabr 1997-ci il. Budapeşt. DÇ-nin seçmə mərhələsi. Macarıstan - Azərbaycan 3:1;
10 oktyabr 1998-ci il. Bakı. AÇ-nin seçmə mərhələsi. Azərbaycan - Macarıstan 0:4;
8 sentyabr1999-cu il. Budapeşt. AÇ-nin seçmə mərhələsi. Macarıstan - Azərbaycan 3:0.

Macarıstan Futbol İttifaqı 1901-ci ildə yaradılıb. Bir il sonra isə ölkə millisi ilk oyunun Avstriya yığmasına qarşı keçirib və 5:0 hesabı ilə darmadağın olub. Macarlar beynəlxalq yarışlarda 1912-ci ildə debüt ediblər və Stokholm Olimpiadasında iştirak ediblər. Macarıstan millisi ilk mükafatını 1938-ci ildə qazanıb - dünya çempionatının gümüş medalı. Macarlar finalda İtaliya millisinə 4:2 hesabı ilə məğlub olublar. 1952-ci ildə macar futbolçular finalda Yuqoslaviya millisinə qalib gələrək, Olimpiya çempionu olublar. 1954-cü ildə onlar düyna çempionatının finalına çıxıblar. Finalda Almaniya millisi ilə qarşılaşan Macarıstan yığması hesabda 2:0 irəlidə olsa da, sonda 2:3 hesabı ilə məğlub olublar. FİFA-nın son reytinq cədvəlində Macarıstan millisi 37-ci pillədədir. Müqayisə üçün qeyd edək ki, macar futbolçular 2009-cu ildə 54-cü yerdə idilər. Onlar ötən ili 42-ci pillədə başa vurublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar