Millimiz İtaliyada büdrədi
17 Aprel 2011 Bazar 18:03
U-19 “Renate” klubu ilə bacara bilməyib
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti yoldaşlıq oyununu keçirib. İtaliyada təlim-məşq toplanışında olan Vəli Qasımovun yetirmələri yerli “Renate” klubu ilə görüşüb. D seriyasının B qrupunda çıxış edən rəqiblə matç meydan sahiblərinin 2:0 hesabı ilə başa çatıb. “Mario Riboldi” stadionundakı qarşılaşmanın ikinci hissədə həll olunub. 66-cı dəqiqədə Ravazzi, 8 dəqiqə sonra Umuneqbu fərqlənib.
Qeyd edək ki, yığmamız İtaliyadakı ilk oyununda D seriyasının digər klubu “Carpenedolo” ilə heç-heçə etmişdi – 1:1.
DOSTLARINLA PAYLAŞ: