Millimiz ingilislərə qalib gəldi
29 Avqust 2010 Bazar 17:55
Çimərlik futbolu üzrə yığmamız Avropa Liqasının B divizionunda 5-ci oyununu keçirib.
Azərbaycan yığması çimərlik futbolu üzrə Avropa Liqasının B divizionunda 5-ci yer uğrunda oyuna çıxıb. Millimizin rəqibi İngiltərə yığması olub.

Oyun 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Müslüm Hüseynovun dubl etdiyi qarşılaşmada Asif Zeynalov və Hikmət Bağırov hərəyə bir dəfə fərqlənib. Bununla da yığmamız 5-ci pilləni tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar