Millimiz ilk görüşdə Belarusa qarşı oynayacaq
16 İyun 2010 Çərşənbə 23:35
Basketbol yığmamızın AÇ seçim mərhələsində iştirak edir. Millimiz ilk görüşdə Belarusa qarşı oynayacaq.
Basketbol üzrə Azərbaycan yığma komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunun vaxtı və yeri məlum olub. B divizyonunda mübarizə aparacaq millimiz ilk matçını avqust ayının 14-də Belarus komandasına qarşı keçirəcək.

Bu görüş Sərhədçi Olimpiya İdman Mərkəzində təşkil olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar