Millimiz Fransaya məğlub oldu
29 Aprel 2009 Çərşənbə 13:35
19 yaşadək qızlardan ibarət Azərbaycan U-19 milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində keçirdiyi son matçda 0-2 hesabı ilə uduzub

Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan U-19 milli komandası seçmə mərhələ çərçivəsində son oyununu keçirib. Qrupun son matçında fransalı həmyaşıdları ilə qarşılaşan millimiz 0-2 hesabı ilə məğlub olub. Beləliklə, komandamız seçmə mərhələni 4 xalla başa vurub.

Qeyd edək ki, U-19 Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində keçirdiyi ilk oyunda portuqaliyalı həmyaşıdlarını 2-0 hesabı ilə məğlub edib, ikinci oyunda isə Uels millisilə heç-heçə oynayıb 2-2. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar