Çimərlik futbolu yığmamız 2:4 hesabı ilə uduzub.
İtaliyanın Ravenna şəhərində çimərlik futbolu üzrə EBSL-2011 Avropa çempionatının seçmə mərhələsi keçirilir. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə görə, yarış çərçivəsində Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Fransa yığması ilə qarşılaşan komandamız 2:4 hesabı ilə məğlub olub. Millimizin heyətində hər 2 qolu Elvin Quliyev vurub.
Xatırladaq ki, yığmamız ilk qarşılaşmasında Belarus kollektivinə 1:6 hesabı ilə uduzmuşdu.
ANSPRESS