Millimiz FİFA reytinqində yenə irəlilədi
14 İyul 2010 Çərşənbə 14:00
Komandamız 3 pillə mövqeyini yaxşılaşdırıb.
FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Millimiz ötəndəfəki göstərici ilə müqayisədə 3 pillə irəliləyərək 266 xalla 106 –cı pillədə qərarlaşıb.

Reytinq cədvəlinin ilk pilləsində son dünya çempionu İspaniya birinci, finalda ispanlara məğlub olan Hollandiya komandası ikinci, Braziliya isə üçüncü pillədə qərarlaşıb.

Avro-2012-də rəqiblərimiz olan Almaniya 4-cü, Türkiyə 28-ci, Belçika 48-ci, Avstriya 60-cı, Qazaxıstan isə 126-cı pillədə yer alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar