Millimiz Estoniyaya meğlub oldu
16 Avqust 2013 Cümə 11:19
17 yaşadek futbolçulardan ibaret Azerbaycan yığması Tallinnde telim-meşq toplanışındadır.
Estoniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Azərbaycan Futbol Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Tallinndə baş tutan qarşılaşmada komandamız bu ölkənin müvafiq yaş qrupuna aid yığma ilə üz-üzə gəlib.

Millimiz bu qarşılaşmada 2:3 hesabı ilə məğlub olub. Qarşılaşmada qolları Elnur Cəfərov və Şahban Cəbrayılov vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar