Millimiz Estoniyaya böyük hesabla uduzdu
19 Avqust 2013 Bazar Ertəsi 10:47
Tallinndə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az-ın məlumatına görə, yığmamız Estoniyanın müvafiq yaş qrupuna aid milli komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0.

Qeyd edək ki, komandalar arasında ilk oyunda da meydan sahibləri qalib gəlmişdi – 3:2.


DOSTLARINLA PAYLAŞ:

oyunlar