Millimiz Ermənistan yığmasını məğlub etdi
05 Noyabr 2011 Şənbə 01:52
Şahmatçılarımızdan ikisi qalib gəlib, digər ikisi isə heç-heçə oynayıb.
Yunanıstanda keçirilən şahmat üzrə Avropa komanda çempionatının ikinci turunda Azərbaycan yığması Ermənistan komandası ilə qarşılaşıb. Azərbacan şahmatçıları rəqib komanda üzərində 3:1 hesabı ilə inamlı qələbə qazanıblar.
Ağ fiqurlarla oynayan beynəlxalq qrossmeyster Vüqar Həşimov 53-cü gedişdə Sergey Movsesyana, Qadir Hüseynov isə 45-ci gedişdə Qabriel Sarkisyana qalib gəlmişlər. Teymur Rəcəbovun Levon Aronyanla, Şəhriyar Məmmədyarovun isə Vladimir Akopyanla oyunları heç-heçə nəticələnib.
DOSTLARINLA PAYLAŞ: