Millimiz dünya reytinqində irəlilədi
20 Oktyabr 2010 Çərşənbə 14:10
FİFA yeni siyahısını tərtib edib. Millimiz dünya reytinqində irəliləyib.
FİFA dünya komandalarının növbəti reytinq siyahısını tərtib edib. Komandamız ötənaykı reytinqlə müyasidə 11 pillə irəliləyərək 91-ci yerə yüksəlib. İndi millimizin aktvində 361 xal var. Reytinq siyahısına ötən ay olduğu kimi İspaniya kollektivi başçılıq edir.

Son dünya çempionlarının aktivində 1881 xal var. İkinci yerdə isə Hollandiya seçmə komandası yer alır. Vitse-çempionların aktivində 1683 xal var. Sonrakı yerləri müvafiq olaraq Braziliya, Almaniya, Argentina, İngiltərə, Uruqvay, Portuqaliya, Xorvatiya və Rusiya yığmaları tutur.

Türkiyə yığma komandası isə ötən ayla müqayisədə 8 pillə geriləyərək 29-cu pilləyə enib. Avro-2012-nin qrup mərhələsindəki rəqiblərimizdən Belçika 62-ci, Avstriya 49-cu, Qazaxıstan isə 137-ci yerdə qərarlaşıb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar