Millimiz DÇ-də gümüş medal qazanıb
05 Oktyabr 2010 Çərşənbə Axşamı 17:00
Anapa şəhərində universal döyüş üzrə dünya birinciliyi başa çatıb.
Rusiyanın Anapa şəhərində 14-15,16-17 yaşlı idmançılar arasında universal döyüş üzrə dünya birinciliyi keçirilib. Yarışda ölkəmizi böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Fərhad Ocaqverdiyev və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 15 idmançı təmsil edib.
Dünya birinciliyində 41 ölkədən 289 döyüşçü mübarizə aparıb. İdmançılarımızın bu yarışda çıxışı uğurlu alınıb. Yığmamızın üzvləri klassik və layt versiyaları üzrə keçirilən yarışlarda 3 qızıl, 5 gümüş, 8 bürünc medal əldə ediblər.
Ümumi hesabda yığmamız Rusiya komandasından sonra ikinci olub. Moldova yığması isə komandamızdan sonra üçüncü pillədə qərarlaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: