Millimiz Çernoqoriyaya getdi
14 Noyabr 2010 Bazar 19:45
Yığmamız Podqoritsada yoldaşlıq oyunu keçirəcək
Noyabrın 17-də Çernoqoriya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası bu gün Podqoritsa şəhərinə yola düşüb. AFFA mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 15-də, yerli vaxtla saat 15.00-da (Bakı vaxtı ilə saat 18.00), Podqoritsa Milli stadionunda millimizin mətbuat üçün məşqi keçiriləcək.

Noyabrın 16-da, yerli vaxtla saat 11.00-da isə (Bakı vaxtı ilə saat 14.00) "Crna Gora" otelində baş məşqçi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar