Millimiz Çernoqoriya yığması ilə qarşılaşa bilər
27 İyul 2010 Çərşənbə Axşamı 17:45
AFFA ilə Çernoqoriya Futbol Federasiyası arasında danışıqlar aparılır.
Azərbaycan milli komandasının oyun təcrübəsinin artırılması məqsədilə növbəti yoldaşlıq görüşünün təşkil olunması planlaşdırılır. AFFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu il noyabrın 17-də Azərbaycan və Çernoqoriya milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər. Qarşılaşmanın baş tutması üçün AFFA ilə Çernoqoriya Futbol Federasiyası arasında hazırda danışıqlar aparılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar