19 yaşlı qızlardan ibarət həndbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək
Makedoniyanın Skopye şəhərində keçirilən həndbol üzrə Avropa çempionatı 2009-un seçmə mərhələ oyunları davam edir. Yarışda iştirtak edən 19 yaşlı qızlardan ibarət Azərbaycan milli komandası bu gün qrupda sonuncu oyununu keçirəcək. 7-ci qrupda mübarizə aparan milli komandamız qrupdakı son matçında qrup lideri Norveç millisiylə qarşılaşacaq. Qrupda keçirdiyi ilk iki matçın birində məğlub olan digərində isə qələbə qazanan komandamız 2 xalla qrupda ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, milli komandamız qrupda keçirdiyi ilk matçda Makedoniya millsinə 29-30 hesabı ilə məğlub olsa da, ikinci matçda İtaliya həndbolçularını 34-22 hesabı ilə məğlub edib.
/ANS PRESS/