Millimiz Brüsseldədir
27 Mart 2011 Bazar 02:51
Futbolçularımız “Dolce Hotels and Resorts”da qalacaqlar
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası ötən gün Brüssel şəhərinə gedib. ANS PRESS-in AFFA-nın internet saytına istinadən verdiyi məlumata görə, millimiz Brüsseldəki “Dolce Hotels and Resorts”da qalacaq.

Xatırladaq ki, Azərbaycan millisi martın 19-dan bu günə qədər Almaniyanın Veqberq şəhərində təlim-məşq toplanışında olub. Belçika - Azərbaycan oyunu martın 29-da, Bakı vaxtı ilə saat 23:45-də, Brüsseldəki “Rua Boduen” stadionunda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar