Millimiz biabırçı məğlubiyyətdən son dəqiqədə qurtuldu
30 May 2010 Bazar 00:00
Makedoniya yığması qarşısında 3:0 hesabı ilə məğlub duruma düşən Azərbaycan millisi təsəlli qolunu son dəqiqə vura bildi.
Futbol üzrə Azərbaycan yığması Avstriyada təlim-məşq toplanışı çərçivəsindəki Makedoniya millisi ilə qarşılaşıb. Bu oyunadək Azərbaycan və Makedoniya milliləri üç dəfə qarşılaşmışdılar. Bu qarşılaşmalardan biri heç-heçə başa çatmışdı, digər iki qarşılaşmada isə Makedoniya üstün olmuşdu (2:1, 3:0).

Millimiz bu dəfə ümumi hesabda öz xeyirinə dəyişiklik edə bilərdi. Lakin oyunun 8-ci dəqiqəsində Makedoniya millisi İvan Triçkovskinin qolu ilə hesabı açıdı. Birinci hissə bu hesabla başa çatdı. 66-cı dəqiqədə yığmamız qapısında növbəti qolu gördü. Bu dəfə Rəşad Sadıqov avtoqola imza atdı. Amma makedoniyalılar bununla da kifayətlənmədilər. 88-ci dəqiqədə Mario Qurovski hesabı millimiz üçün biabırçı həddə çatdırdı-3:0. Lakin oyunun başa çatmasına bir dəqiqə qalmış Azərbaycan yığması təsəlli qolunu vura bildi. Oyuna ikinci hissədə çıxan Elvin Məmmədov fərqləndi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar