Millimiz “Barselona”nın qapısına 2 qol vursa da məğlub oldu
20 Aprel 2011 Çərşənbə 09:59
19 yaşadək futbolçularımız İtaliyada keçirilən turnirdə mübarizə aparırlar
İtaliyada Sardiniya kubokuna start verilib. ANS PRESS-in məlumatına görə, beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də iştirak edir.

A qrupunda mübarizə aparan Vəli Qasımovun yetirmələri ilk matçda İspaniyanın “Barselona” klubunun həmyaşıdları ilə qarşılaşıb. Olbia şəhərində hər hissəsi 35 dəqiqədən ibarət olan oyunda millimiz 2:4 hesabı ilə uduzub. Millimizin heyətində Nurlan Novruzov və Kərim Diniyev fərqlənib.

Komandamız növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 13:00-da “Napoli” klubunun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar