Millimiz Bakıya kubokla döndü
02 May 2011 Bazar Ertəsi 11:01
17 yaşlı futbolçualarımız “Prezident Kuboku”nu paytaxta gətiriblər
Qazaxıstanın Astana şəhərində keçirilən “Prezident kuboku”nun qalibi olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıya qayıdıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmamızı bir qrup azarkeş qarşılayıb.

Qeyd edək ki, finalda Ukrayna yığmasını oyunsonrası penalti zərbələri ilə 5:4 hesabı ilə məğlub edən yığmamızın heyətində 4 oyunda 5 qol vuran hücumçu Ruslan Nəsirliyə turnirin bombardiri üçün təsis olunmuş xüsusi mükafat verilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar